H.Marko Kvyatın keçidinə təəccüblənməyib

Sayta qoyulub: 11:51 18.01.2018 (127 dəfə oxunub)

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Kvyatın Ferrari-yə keçidinə təəccüblənməyib.

F-1.az xatırladır ki, rusiyalı sürücü keçən ilin oktyabrında komandadan qovulduqdan sonra bu ilin yanvarında gözlənilmədən Ferrari-yə developer sürücü kimi keçmişdi. Daha əvvəl Red Bull-dan ayrılmış Jan Erik Vern də Ferrari komandasına developer sürücü kimi keçmişdi.

Helmut Marko: “Daniilə görə şadam. Bildiyim qədərilə Ferrari-də developer sürücü olacaq. Ferrari-yə keçidi bizi təəccübləndirmədi. Belə şeyin olacağını proqnozlaşdırmışdıq. Bizim komandaya qayıtması real görünmür. Amma heç vaxt əsla demək olmaz”.

XƏBƏR LENTİ