Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Mövsümün yekunları-2017: Scuderia Ferrari

Sayta qoyulub: 11:49 17.01.2018 (90 dəfə oxunub)

Formula1 üzrə 68-ci mövsüm artıq geridə qalıb. F-1.az hər bir komandanın mövsüm ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Ferrari son illərə damğasını vuran Mercedes-ə çatmaq üçün hər şeyi edib. Reqlamentdəki dəyişikliklərdən daha məharətlə istifadə edərək xeyli sürətli maşın düzəldib, rəqibi ilə fərqi azaldıb, hətta bəzən daha üstün olub. Lakin bütün müsbət amilləri bir yerə toplamaq mümkün olmayıb.

N Sürücü
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
5 Sebastyan Fettel 20 2 317 1 1
7 Kimi Rəykkönen 20 4 205 1 2

 

Scuderia Ferrari
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2017 20 2 522 1 1
2016 21 3 398 3 2
2015 19 2 428 1 1
2014 19 4 216 4 2
2013 19 3 354 2 1

Ferrarinin 70-ci ildönümü münasibətilə Formula1-dəki 63-cü maşını SF70H adlandırılıb. Hazırlanmasına texniki direktor Mattia Binottonun rəhbərlik etdiyi maşına komanda böyük ümidlər bəsləyib. Maşının uzun burun hissəsi, oxvari formalı ön qanad reqlamentdəki bəzi dəyişikliklərin nəticələri olub. Lakin maşının aerodinamikası üzərində xüsusi işlər görülüb.

Sürücü heyətinin tərkibi dəyişməyib – Sebastyan Fettel və Kimi Rəykkönen qış testlərini uğurla tamamlayıblar. Testlərin ilk günündə Fettel yarış məsafəsindən iki dəfə çox yol qət edib və ən yaxşı ikinci nəticəni göstərib – bu da maşının həm sürətli, həm də etibarlı olmasından xəbər verib. Qış testlərinin proqramı Ferrari-də ilk dəfə deyildi ki, uğurlu alınırdı. İlk yarış bir çox suala cavab verməli idi.

 

Melburnda sıralanma turunda Fettel Həmiltona məğlub olsa da, yarışda onunla eyni tempdə çıxış edib – bu da Mercedes-in əvvəlki üstünlüyünün olmamasından xəbər verib. Pit-stoplardan sonra liderliyi ələ keçirən Fettel finişə qədər inamla sürüb və yarışı qələbə ilə başa vurub. Ferrari turbo motorlara keçiddən sonra ilk dəfə Mühəndislər Kubokunda liderliyi ələ alıb.

Ferrari hər bir yarışa yeniliklər gətirib. Səkkiz yarışdan sonra Fettel 20 xal fərqlə Sürücülər Çempionatına başçılıq edib. Çoxları Scuderia-nın bu dəfə üstünlüyü əldən verməyəcəyini düşünürdü…

Fettelin uğurlarının fonunda Rəykkönenin nəticələri zəif olub. Finlandiyalı sürücü cəmi üç yarışda komanda yoldaşını üstələyə bilib. Onun həmyerlisi Bottasla gərgin mübarizə aparacağı gözlənilsə də, bu, baş verməyib. Kimi mövsümboyu maşına və yeniliklərə alışmaqda çətinlik çəksə də, Sebastyanda vəziyyət tamamilə əksinə olub. Bəzi mərhələlərdə onların maşınları fərqli versiyalarda olub.

 

Çempionluq uğrunda gərgin mübarizə aparan Fettel və Həmilton tamaşaçılar önündə mehriban davransalar da, gərginlik özünü tez-tez büruzə verib. Azərbaycan Qran Prisində yaşananlar isə Formula1-də nadir hallarda baş verir – Təhlükəsizlik maşınının arxasında olduqca yavaş sürətlə gedən Həmilton 15-ci döngədən çıxarkən demək olar ki, dayanıb və bunun nəticəsində Fettel ona çırpılıb. Bundan hiddətlənən alman sürücü maşını qəsdən onun üzərinə sürüb. Tənqidlərə məruz qalan Fettel ciddi sanksiyalardan yayınmaq üçün FİA-dan rəsmən üzr istəməyə məcbur olub.

Fettel yay fasiləsinə 14 xallıq üstünlüklə gedib, lakin sonra hər şey Həmiltonun xeyrinə dəyişib. Həm Sebastyanın, həm də komandanın səhvləri vacib xal itkiləri ilə nəticələnib və Lyuis çempionatda liderliyə yüksəlib. Həmilton Belçika Qran Prisindən etibarən altı yarışda 5 qələbə qazanıb, Fettel isə ən yaxşı halda iki dəfə ikinci olub, iki yarışı isə tamamlaya bilməyib. Sinqapurda startda kəskin trayektoriya dəyişərək həm özünün, həm də komanda yoldaşının yarışı dayandırmasına səbəb olman dördqat dünya çempionu Suzukada texniki problemlər üzündən ilk dövrələrdə mübarizəni dayandırıb.

 

Çempionatda vəziyyət bir neçə ay ərzində kəskin dəyişib, Ferrari pis gedişi dayandıra bilməyib. ABŞ-da Mercedes komandası Mühəndislər Kubokunda, Meksikada isə Həmilton Sürücülər Çempionatında qələbələrini bayram ediblər. Fettel sona qədər Bottasa ikinciliyini verməməyə çalışıb və buna nail olub. Valtteridən 100 xal geri qalan Rəykkönen isə mövsümü dördüncü yerdə başa vurub.

Komandada ciddi kadr dəyişiklikləri olacağı, hətta bu dəyişikliklərin rəhbər postları da əhatə edəcəyi ilə bağlı şayiələr gəzməyə başlayıb. Ferrari məğlubiyyətlərə çox vaxt emosional reaksiya verir, lakin bu dəfə hələ ki, sakitçilikdir. Komanda sürücü heyətini də qoruyub. İtalyanlar bu dəfə də var gücləri ilə qələbə uğrunda mübarizə aparmağa çalışacaqlar. Lakin mövsüm ərzində inkişafda rəqiblərinə son illərdə uduzan Ferrari bunu bacaracaqmı?

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat