Ronaldo ilin idmançısı adına namizəddir

Sayta qoyulub: 07:48 17.01.2018 (182 dəfə oxunub)

“Laureus”in versiyasına əsasən ilin idmançısı adına namizədlərin siyahısı açıqlanıb. 


2017-ci ilin ən yaxşısı olmağa namizəd idmançılar Kristofer Frum (Böyük Britaniya, veloşosse), Rodcer Federer (İsveçrə, tennis), Kriştianu Ronaldo (Portuqaliya, futbol), Rafael Nadal (İspaniya, tennis) və Mohammed Faradır (Böyük Britaniya, qaçış). 


Qeyd edək ki, “Laureus” ilin idmançısını 1999-cu ildən seçir. Qalib istənilən idman növü üzrə, qadın və ya kişi ola bilər. 


Əlavə edək ki, builki qalibin adı fevralın 27-də Monakoda keçiriləcək qala-gecədə açıqlanacaq

 

 

Ronaldo ilin idmançısı adına namizəddir

 

 

 

qol.az

XƏBƏR LENTİ