U-21 Rəşad Sadıqovun rəhbərliyi ilə ilk qələbəsini qazandı

Sayta qoyulub: 19:42 16.01.2018 (173 dəfə oxunub)

21 yaşadək futbolçulardan ibarət millimiz Antalyada ilk yoxlama oyununa çıxıb. Rəşad Sadıqovun başçılıq etdiyi komanda "Alanyaspor"un müvafiq yaş qrupu ilə qüvvəsini sınayıb. 

Sadıqovun yığmanın sükanı arxasında debüt etdiyi görüş komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını Nicat Süleymanov (43-cü dəqiqə), Elnur Cəfərov (44-cü dəqiqə) və  Ülvi İsgəndərov (70-ci dəqiqə) vurub.

Qeyd edək ki, yığmamız Antalyada növbəti yoxlama oyunları yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığmalarına qarşı nəzərdə tutulub. 

XƏBƏR LENTİ