Birinci divizion klubu daha bir legioneri baxışa çağırdı

Sayta qoyulub: 13:49 16.01.2018 (141 dəfə oxunub)

Birinci divizion klubu daha bir legioneri baxışa çağırdı
 

Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan “Sabah” klubunun düşərgəsinə yeni oyunçu cəlb olunub. Söhbət rusiyalı Yakov Qorodovdan gedir. Yarımmüdafiənin sol cinahında oynayan rusiyalı futbolçu hazırda “Sabah”ın düşərgəsindədir. Onunla bağlı yekun qərar yaxın günlərdə veriləcək. Oyunçu Azərbaycana İsrailin aşağı liqasından gəlib. Legioner oyunçu vaxtilə “Amkar” klubunun şərəfini qoruyub.

XƏBƏR LENTİ