Birinci divizion klubunda bolqar futbolçu

Sayta qoyulub: 12:04 16.01.2018 (138 dəfə oxunub)

Birinci divizion klubunda bolqar futbolçu
 

Moldova milli komandasının üzvü Artem Zabun Azərbaycan karyerasını Azərbaycanda davam etdirə bilər. Hücumçu birinci divizionda mübarizə aparan "Sabah" klubunun düşərgəsindədir.

Məlumatı təsdiqləyən komandanın baş məşqçisi, tanınmış mütəxəssis Arif Əsədov 21 yaşlı hücumçu ilə bağlı hələ yekun qərar vermədiyini bildirib. Hücumçunun komandada qalıb-qalmayacağı bu gün “Binə” klubuna qarşı baş tutacaq oyundan sonra məlum olacaq. Son klubu Belarusun “Krumkaçı” klubu olan Zabun Moldovanın öndəgələn “Şerif” komandasının yetirməsidir. Ölkəsində “Saksan”, “Viktoriya” kimi klublarda oynamış Zabun 2017-ci ildə Moldovanın əsas millisinə cəlb olunub.

Məlumata görə, onun yüksək yerləri hədəfləmiş “Sabah”da qalmaq ehtimalı yüksəkdir.

XƏBƏR LENTİ