Honduras millisinin üzvünün "Neftçi"yə keçidi baş tutmayıb

Sayta qoyulub: 10:42 15.01.2018 (192 dəfə oxunub)

Honduras milli komandasının futbolçusu Alfredo Antonio Mejia Eskobarın "Neftço"yə keçidi baş tutmayıb. Bakılıların birbaşa müqavilə imzalamaq istədiyi 28 yaşlı yarımmüdafiəçinin transferi reallaşmayıb. 2017-ci ilin əvvəlindən Yunanıstanın "Ksanti" klubunda oynayan, 21 matçda 2 qol vuran Alfredo bakılılardan 1,5 illik müqavilə təklifi alıb. O, "ağ-qaralar"ın müqavilə şərtlərini qəbul edəcəyi halda, cari mövsümün sonunadək aylıq 20 min manat civarında əmək haqqı alacaqdı. Ancaq Mejia "Neftçi"ylə maddi şərtlərdə razılığa gələ bilməyib.

Xatırladaq ki, bundan öncə braziliyalı sol cinah oyunçusu Vitor Junior "Neftçi"ylə maddi şərtlərdə razılığa gələ bilmədiyindən transferi reallaşmamışdı.

XƏBƏR LENTİ