Bu gün Giqs Uels millisinə baş məşqçi təyin ediləcək

Sayta qoyulub: 07:58 15.01.2018 (166 dəfə oxunub)

Mançester Yunaytedin keçmiş futbolçusu Rayan Giqs bu gün Uels millisinin baş məşqçisi təyin ediləcək.

 

Ölkə federasiyası Kreyq Bellami , Oşion Roberst və Mark Bouenin namizədliyini rədd edərək  44 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalayacaq.

 

Giqz Uels millisində 64 oyun keçirib. Məşqçi kimi bir müddət Mançester Yunayteddə köməkçi kimi çalışıb.

 

Keçmiş baş məşqçi Kris Koulmen millidən gedərək Sanderlenddə çalışır. Uels millisi Koulmenin rəhbərliyi altında seçmə mərhələnin D qrupunda 3-cü yeri tutmuşdu.

 

Bu gün Giqs Uels millisinə baş məşqçi təyin ediləcək

XƏBƏR LENTİ