Millimizin Gürcüstanla oyunu niyə ləğv olunub?

Sayta qoyulub: 15:50 14.01.2018 (142 dəfə oxunub)

"Gürcüstan və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu başqa vaxtda keçiriləcək. Yaxın günlərdə tərəflər tarixi müəyyənləşdirəcəklər". Bu sözləri Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti Aleksandr İaşvili deyib. Qurumun rəsmi saytına danışan mütəxəssis yığmamızla oyundan imtina etmələrinin səbəbini açıqlayıb: "Bu mərhələdə milli komandanın əsas üzvləri öz klublarının düşərgəsindədilər. Onların təlim-məşq toplanışı fərqli ölkələrdə keçirilir. Ona görə də indiki məqamda millinin toplaşması bir qədər çətin məsələdir. Yanvarın 24-də Lozannada "Millətlər Liqası"nın rəsmi təqvimi açıqlandıqdan sonra bütün yoldaşlıq oyunlarının vaxtı müəyyənləşəcək".

 Qeyd edək ki, Azərbaycan və Gürcüstan milliləri arasında yoxlama oyunu fevralın 2-də Antalyada keçirilməli idi.

XƏBƏR LENTİ