Zaur Axundov: "Rauf Əliyevi axtarmamışıq, özü bizə müraciət edib"

Sayta qoyulub: 15:49 14.01.2018 (135 dəfə oxunub)

 

Zaur Axundov: "Rauf Əliyevi axtarmamışıq, özü bizə müraciət edib"

"Keşlə" hazırlıq çərçivəsində "Neftçi" ilə yoxlama görüşündə üz-üzə gəlir. "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axunov matçın gedişində jurnalistlərə müsahibə verib.

 

 

- Yeni transferlər haqda düşüncələriniz necədir?

- Məşqilər korpusu futbolçulara baxır. Yəqin ki, analizlər apararaq öz qərarlarını verəcəklər.

 

- Rauf Əliyevin transferi nə yerdədir?

- Rauf Əliyev – “Keşlə” məsələsi gündəmi yenidən zəbt etdi. Biz ona dünən öz təklifimizi etmişik. Rauf bizdən gedəndə ondan inciməmişdik. Öz doğma klubudur, qayıda bilər. Sözümüzü dedik, təklif etdik. Fikirləşmək üçün bizdən zaman istədi.

 

- Baş məşqçi Yuri Maksimov bildirmişdi ki, müqavilə məsələsində fikir ayrılığı var...

- Biz Rauf Əliyevi axtarmamışıq, o, özü bizə müraciət edib. Bizim strategiyamız var. Ona 1,5 illik müqavilə təklif etdik. O isə 6 aylıq saziş istəyir. Biz bununla razı ola bilmərik.

 

- “Keşlə”nin büdcəsi legioner transferinə imkan verir?

- Biz tam büdcə ilə hərəkət edirik. Amma limiti aşa bilmərik. Eyni büdcədir. 5-6 futbolçumuz gedib.

 

- Rauf Əliyevin müqavilə məsələsində maddi məsələyə görə problem yaşanmır?

- Rauf 6 aylıq saziş istəyir. Bizim strategiyamız var. Əvəzedilməz futbolçu yoxdur. Hər futbolçunun dediyi ilə oturub-dursaq, klub kimi fəaliyyət göstərə bilmərik. Yayda Rauf gedəndə inciklik olmuşdur. Gedəndə razı olmamışdım. Amma millinin üzvüdür, azərbaycanlıdır, xaricə getdiyi üçün uğurar arzu elədim. Amma heç Albaniyada 3 ay qala bilmədi. FİFA-nın müvafiq qaydalarına görə 1 mövsümdə 3 klubda çıxış etmək olmaz. İnciklik varsa, hamısını arxada qoyuruq.

 

- Klub prezidenti kimi necə düşünürsünüz, Nizami Hacıyevlə Mirhüseyn Seyidov əfv olunacaqmı?

- Mənim üçün də ağırdır. O hadisəni unutmaq istəyirəm. Düzdür, çətindir. Qısa müddət də olsa, onlarla birgə çalışmışam. Amma bizdən də yuxarı dairələr var. Heç kim istəməzdi ki, belə şey baş versin. Biz qanun çərçivəsində işləyirik. Baxaq görək nə baş verir.

 

- Başqa sanksiyalar olacaq?

- Bundan artıq nə olsun? Onları futboldan uzaqlaşdırdılar. Təbii ki, futbolda belə şeylər varsa, əleyhinəyəm. Yenə də araşdırmalar davam edir. Bu işlə yenə də fəaliyyət göstərənlər varsa, cəzalansınlar.

XƏBƏR LENTİ