Liverpul Sportinqin yarımmüdafiəçisinə 30 milyon təklif edir

Sayta qoyulub: 10:01 14.01.2018 (287 dəfə oxunub)

Sportinqin yarımmüdafiəçisi Jelson Martinş Liverpulun maraq dairəsinə düşüb.

 

Mersisaydlar Portuqaliya millisinin 22 yaşlı futbolçusu üçün 30 milyon avro ödəməyə hazırdırlar. İngilis klubu Martinşi Koutinyoya əvəz kimi görür.

 

Liverpul futbolçunun özünə illik 5 milyon avro ödəməyə hazırdır. Bu da onun Sportinqdəki məvacibindən 5 dəfə çoxdur.

 

Futbolçunun satış opsiyası 60 milyona bərabərdir. Müqavilənin müddəti isə 2022-ci ilə qədər nəzərdə tutulub. Lissabon təmsilçisi müqaviləni bir qədər də artırmaq niyyətindədir. Bundan başqa klub satış opsiyası məbləğini 100 milyona , futbolçunun məvacibini isə cəmi 1,5 milyona qədər qaldırmağı təklif edib.

 

Liverpul Sportinqin yarımmüdafiəçisinə 30 milyon təklif edir

XƏBƏR LENTİ