Z.Braun: “Honda olmasa, qalib gələ bilərdik”

Sayta qoyulub: 09:53 14.01.2018 (133 dəfə oxunub)

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Honda mühərriyi istifadə etməsəydilər, bəzi yarışlarda qalib gələ bilərdilər.

F-1.az xatırladır ki, McLaren 2017-ci ildə şassinin ön plana çıxdığı yarışlarda yaxşı nəticələr göstərmişdi.

Zek Braun: “Ümid edirəm ki, bu il podium uğrunda mübarizə apararıq. Qalib gəlmək çətindir. Çünki Ferrari, Red Bull və Mercedes kimi komandaları keçmək çətin olacaq. Amma biz də onlarla yarışıb şampan içmək istəyirik. Keçən il bolidimizin performansı Red Bull-la eyni idi. Bəzi yarışlarda Red Bull qazanmalı idi. Bəzilərində biz. Əksər detallar əla işlədi. Mövsümiçi inkişafda güclüyük. İnsanlar mübarizəyə qayıtmağımızı gözləyirlər. Hazırda peletonun ən güclü komandalarındanıq və aid olduğumuz yerə qayıdacağıq”.

XƏBƏR LENTİ