Ukraynalı qapıçı "Kəpəz"lə müqavilə bağlayır

Sayta qoyulub: 09:53 14.01.2018 (113 dəfə oxunub)

"Kəpəz"in müqavilə imzalamağa hazırlaşdığı ukraynalı qapıçı Sergey Litovçenko daha iki klubdan təklif alıbmış.


Bu haqda Ukrayna mətbuatı xəbər yayıb. "Atn.ua" saytının yazdığına görə, Tbilisi "Dinamo"sundan ayrıldıqdan sonra 30 yaşlı qolkiper Ukrayna və Türkiyə klublarının maraq dairəsinə düşüb. Xüsusi ilə qardaş ölkə təmsilçisi təcrübəli qapıçı ilə daha ciddi maraqlanıb, hətta ona təklif də göndərib. Ancaq Litovçenko türk klubunu yox, "Kəpəz"i seçib.


Qeyd edək ki, Ukrayna "Arsenal"ının yetirməsi olan qolkiperlə gələn həftə rəsmi müqavilə imzalanacaq.

 

 

Ukraynalı qapıçı "Kəpəz"lə müqavilə bağlayır

 

 

 

qol.az

XƏBƏR LENTİ