Borussiya 21 milyona müdafiəçi transfer etdi

Sayta qoyulub: 22:45 13.01.2018 (292 dəfə oxunub)

Bazelin gənc müdafiəçisi Manuel Akanji karyerasını Dortmund Borussiyasında davam etdirəcək.

 

Klublar 22 yaşlı futbolçunun keçidini 21,5 milyon avroya razılaşdırıblar.

 

Şənbə günü Akanji Bazelin Marbelyadakı düşərgəsini tərk edib və yeni komandasına yollanıb.

 

Qeyd edək ki, bu İsveçrə futbol tarixində bahalığına görə 2-ci transferdir.Bu vaxta qədər yalnız Embolonun Şalkeyə 25 milyon avroya keçidi hazırki transferdən daha yüksək olub.

XƏBƏR LENTİ