"Beşiktaş" kanadalı hücumçu ilə müqavilə bağladı

Sayta qoyulub: 18:50 13.01.2018 (158 dəfə oxunub)

"Beşiktaş" kanadalı hücumçu ilə müqavilə bağladı

Cen Tosunu “Evertona”a satan "Beşiktaş" heyətinə yeni hücumçu cəlb edib. İstanbul təmsilçisi kanadalı futbolçu Kayl Larini transfer edib.

ABŞ-ın "Orlando Siti" klubundan alınan 22 yaşlı forvard bu gün tibbi müayinədən keçib.

Qeyd edək ki,  Kanada millisinin üzvü olan Kayl Larin ötən mövsüm “Orlando Siti”də  30 oyuna 12 qol vurub.

XƏBƏR LENTİ