"Keşlə" - "Neftçi" oyununun vaxtı açıqlandı

Sayta qoyulub: 16:57 12.01.2018 (121 dəfə oxunub)

Bakıda qış təlim-məşq toplanışına start verən "Keşlə" hazırlıq çərçivəsində ikinci yoxlama matçını keçirəcək.  

Klubun Feysbuk səhifəsinin yaydığı xəbərə görə, budəfəki rəqib "Neftçi" olacaq. Yanvarın 14-də "Bakcell Arenada" keçiriləcək qarşılaşma saat 15.00-da başlanacaq. Xatırladaq ki, "Keşlə" yanvarın 11-də birinci divizion təmsilçisi "Qaradağ-Lökbatan" qarşı keçirdiyi yoxlama matçında 3:1 hesabı ilə qalib gəlib. 

XƏBƏR LENTİ