"Qarabağ"ın futbolçusuna 1 milyon qiymət qoyuldu

Sayta qoyulub: 11:57 12.01.2018 (251 dəfə oxunub)

"Qarabağ"ın futbolçusuna 1 milyon qiymət qoyuldu
 

Norveç millisinin üzvü Tarik Elyunussi "Qarabağ"dan ayrılmaq üzrədir. İcarə əsasında Ağdam təmsilçisində çıxış edən 29 yaşlı futbolçu yaxın günlərdə klubun sıralarını tərk edə bilər.  "Atlılar"ın əsas komandasında heyətə düşə bilməyən yarımmüdafiəçi İsveçin AİK klubu ilə anlaşıb.  Futbolçunun müqavilə ilə məxsus olduğu "Olimpiakos" klubunun bu transfer üçün AİK-dən 1 milyon avro təzminat istədiyi bildirilib. Yaxın günlərdə danışıqların yekunlaşacağı gözlənilir. Qeyd edək ki, uzun müddətdir zədəli olan Norveç millisinin üzvü ötən ilin yayından çıxış etdiyi "Qarabağ"da  cəmi 8 oyun keçirib.

 

XƏBƏR LENTİ