Mercedes Verlyaynı buraxmayacaq

Sayta qoyulub: 07:44 12.01.2018 (104 dəfə oxunub)

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Paskal Verlyaynı buraxmayacaqlar.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il Sauber komandasına 5 xal qazandırsa da, isveçrəlilərin Alfa Romeo ilə müqavilə bağlamasından sonra komandadan göndərilmişdi.

Toto Volff: “Paskal Formula1-də yarışmağa layiqdir. Ən sürətli sürücülərdəndir. Hazırda özünə yer tapmağa çətinlik çəksə də, Mercedes-də ona iş veriləcək. Formula1-dən başqa seriyada iştirakı buna bağlıdır. Onu buraxmaq fikrimiz yoxdur”.

XƏBƏR LENTİ