Argentinalı futbolçu: "Keşlə"yə kömək etməyə gəlmişik"

Sayta qoyulub: 07:44 12.01.2018 (147 dəfə oxunub)

 

Argentinalı futbolçu: "Keşlə"yə kömək etməyə gəlmişik" "Keşlə" yoxlama matçı çərçivəsində I Divizionun lideri "Qaradağ Lökbatan"ı 3:1 hesabı ilə məğlub edib. Çexiyanın “Fastav” klubundan "Keşlə"yə icarə əsasına keçən Pablo Padio jurnalistlərə müsahibə verib. Argentinalı yarımmüdafiəçinin müsahibəsini təqdim edirik:

 

 

- "Keşlə" barədə düşüncələriniz necədir?
- Bir həftədir buradayam. Bu suala cavab vermək üçün daha çox vaxt tələb olunur. Bir-birimizi tanımaq və meydanda uyğunlaşmaq üçün bizə vaxt lazımdır. Mən və bütün yeni oyunçular "Keşlə"yə kömək etməyə gəlmişik.

 

- Azərbaycanda "Keşlə"dən başqa hansı komandaları tanıyırsınız?
- "Qarabağ"ı tanıyıram. 

 

- Ən çətin oyunlarınızın "Qarabağ" və "Qəbələ"yə qarşı olacağını bilirsiniz?
- Bizim yaxşı, texnikalı oyunçularımız var. Matç o vaxt çətin olur ki, özün zəif oynayırsan. Belə rəqiblərlə oynamağa qadirik. 

 

- Azərbaycanla bağlı planlarınız necədir?
- İlkin mərhələ üçün müqaviləm mövsümün sonunadək nəzərdə tutulub. Mövsüm bitdikdən sonra "Keşlə" rəhbərliyi ilə oturub, gələcək üçün qərar verəcəyik.

 

- Klubun prezidenti Zaur Axundovla söhbətiniz olub?
- Xeyr, hələ onu görməmişəm. Görüşəndə "Keşlə" və klubun gələcəyi barədə danışacağıq.   

 

- Bura gələnədək Azərbaycandan hansısa futbolçunu tanıyırdınız?
- Xeyr, tanımırdım. Yalnız bilirdim ki, qapıçı Kamran Ağayev Çexiya çempionatında çıxış edib. 



 

XƏBƏR LENTİ