Ş.Lekler: “Byanki mənim xaç atam idi”

Sayta qoyulub: 09:04 11.01.2018 (137 dəfə oxunub)

Alfa Romeo Sauber komandasının sürücüsü Şarl Lekler bildirib ki, Jül Byanki karyerası ərzində ona çox yardım edib.

Lekler uşaqlıqda yarış pilotu olmaq istəyirdi və atasının dəstəyi ilə yarış karyerasına başlayıb. Amma bir müddətdən sonra ailəsinin pulu qurtarıb və bu zaman ona Jül Byankinin ailəsi kömək edib. Jül dostu Şarla kartinq dərsləri keçib və gənc sürücünün inkişafında böyük rol oynayıb.

F-1.az xatırladır ki, Byanki 2014-cü ilin Yaponiya yarışında qəza etmiş və 9 ay komada qaldıqdan sonra dünyasını dəyişmişdi. 20 yaşlı Şarl isə ardıcıl uğurlu nəticələr qazanaraq, Alfa Romeo Sauber komandası ilə müqavilə bağlayıb.

Şarl Lekler: “2011-ci ilin sonunda bütün danışıqları dayandırmaq istəyirdik. Çünki atam bütün pulunu mənim karyeram üçün istifadə etmişdi və pulu qalmamışdı. Amma Jül mənə kömək etdi. O, mənim xaç atam kimi idi. Ona dedim ki, sponsor tapa bilməsəm, karyeram bitəcək. Amma buna icazə vermədi. Meneceri Nikolya Todta zəng edib mənim üçün kömək istədi”.

Nikolya Todt: “Mən ancaq Jülə kömək etmək istəyirdim. Lakin o, məni Leklerə kömək üçün razı saldı və Şarl məni məyus etmədi. Əksinə, Formula1-də yarışaraq möhtəşəm hekayənin başlanmasına kömək etdi. Şarl çox şeyə görə Byankiyə borcludur”.

XƏBƏR LENTİ