"Mançester Yunayted" və "Sevilya" arasında bilet qalmaqalı

Sayta qoyulub: 20:18 10.01.2018 (177 dəfə oxunub)

Çempionlar Liqasının 1/8 final mərhələsində üz-üzə gələcək “Mançester Yunayted” və “Sevilya” arasında qalmaqal yaşanıb.


İspan klubunun qonaq komandanın azarkeşləri üçün bilet qiymətlərini 54 funt-sterlinqdən 89 funta qaldırması Mançesterdə narazılıqla qarşılanıb. İngilislər qiymətin aşağı salınması üçün qarşı tərəfə müraciət etsələr də, “Sevilya” rəhbərliyi fikrini dəyişməyib.


Belədə “qırmızı şeytanlar” da qiymətləri eyni məbləğdə artırmaqla bağlı qərar qəbul ediblər. “Mançester Yunayted” rəsmiləri bununla aradakı 35 funtluq fərqi aradan qaldırmaq və artıq gəliri azarkeşlərinin səfər oyununa bilet almalarına xərcləmək niyyətindədir.


Qeyd edək ki, bu komandalar arasında ilk oyun İspaniyada baş tutacaq.

 

"Mançester Yunayted" və "Sevilya" arasında bilet qalmaqalı

 

 

 

qol.az

XƏBƏR LENTİ