AFFA hakimi vuran futbolçunu 2 illik cəzalandırdı

Sayta qoyulub: 12:32 10.01.2018 (105 dəfə oxunub)

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan “Baku Fans” klubunun üzvü Aqşin Ömərov 2 illik cəzaya məruz qalıb. Bu haqda AFFA İntizam Komitəsi bugünkü iclasında qərar verib.

ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan Ömərov meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif  Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Bu səbəbdən futzalçı 2 il müddətinə futboldan kənarlaşdırıb.

Həmçinin qarşılaşma sona qədər keçirilmədiyindən, “Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏR LENTİ