“Azərbaycana getdikdən bir həftə sonra qayıtmaq istəyirdim” - Hallidey

Sayta qoyulub: 10:22 10.01.2018 (121 dəfə oxunub)

“Geri döndüyümə sevinirəm. Bunu daha əvvəl etməliydim. Azərbaycanda keçirdiyim günlər haqqında çox şey deyə bilməyəcəm. Çünki ora getdiyim gündən bir həftə sonra yanlış etdiyimi bilirdim. Hər şeyin səhv olduğunu anladım. Getməzdən öncə xəbərdar olmadığım çox şey var idi".


Bu sözləri "Qəbələ"dən ayrılıb "Reyncers"ə gedən Endi Hallidey klubun televiziyasına açıqlamasında deyib.


"Bir həftə sonra ayrılmağa, başqa yerə getməyə çalışdım. Buna icazə vermədilər. Qalmağımı istədilər. İlk fürsətdə isə oradan ayrıldım” - deyə o bildirib.


E.Hallidey "Qəbələ"yə Avroliqada oynamaq üçün keçməyə razılıq verdiyini söyləyib: “Avropa arenalarında heç oynamamışam. “Qəbələ”yə keçidimə də buna görə razılıq verdim. Çünki bir əvvəl onlar qrup mərhələsində çıxış etmişdilər. Avropa təcrübəsi üçün onlara indi də minnətdaram. Amma düşüncəm və ürəyim həmişə “Reyncers”dədir”.

 

 

“Azərbaycana getdikdən bir həftə sonra qayıtmaq istəyirdim” - Hallidey

 

 

 

qol.az

XƏBƏR LENTİ