Ndlovudan vida mesajı: “Karyeramda ən çətin qərarlardan birini verdim”

Sayta qoyulub: 09:05 10.01.2018 (180 dəfə oxunub)

 

"Karyeramı "Qarabağ"da bitirəcəyimi düşünürdüm. Ancaq bu, arzu idi”. Bu sözlər “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovuya məxsusdu. Çinin “Xançjou Qrintaun” klubuna keçən CAR yığmasının hücumçusu sosial şəbəkədə status paylaşıb. O, “Qarabağ” azarkeşləri ilə vidalaşaraq, Ağdam klubunda karyerasının ən gözəl dövrünü keçirdiyini bildirib: “Hər kəsə təşəkkür edirəm. Bu klubda çox yaxşı 18 ay keçirdim, komanda ilə tarix yazdım. Karyeramın unudulmaz anları idi. Məşqçilərə, komanda yoldaşlarıma minnətdaram. Azərbaycanda çoxlu yaxşı insan tanıdım. Karyeramda ən çətin qərarlardan birini verdim. Qanım "Qarabağ"ı sevən və onun uğrunda həyatını itirən insanlarla axacaq. Yenidən görüşənədək. Sizi sevirəm". “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak da Dinonun ayrılığına biganə qalmayıb. O, sosial şəbəkədə Ndlovu ilə birlikdə şəkillərini paylaşaraq, bu sözləri yazıb: “Kopenhagen”ə vurduğun qola görə təşəkkür. Uğurlar”. Qeyd edək ki, Ndlovu 2016-cı ilin yayından “Qarabağ”ın formasını geyinirdi. 

XƏBƏR LENTİ