Birinci divizion klubunda yeni baş məşqçi

Sayta qoyulub: 08:23 10.01.2018 (100 dəfə oxunub)

I Divizion təmsilçisi “Binə”nin yeni baş məşqçisi məlum olub. Komandanı bundan sonra İsmayıl Hüseynov çalışdıracaq. Klub rəhbərliyi yeni baş məşqçi ilə 1,5 illik müqaviləyə imza atıb. Məşqçilik karyerasına 1996-2000-ci illərdə Rusiyanın "Dinamo" (Murmansk) komandasında başlayan İsmayıl Hüseynov burada əvvəlcə köməkçi məşqçi, daha sonra baş məşqçi vəzifələrində çalışıb. 2005-ci ildən etibarən "Neftçi"də məşqçi kimi fəaliyyət göstərən sözügedən mütəxəssis 2008-ci ildə bu klubun U-19 komandası ilə Azərbaycan çempionatının gümüş mükafatını qazanıb. O, 2009-cu ildə isə "Neftçi"nin U-15 komandası ilə Azərbaycan çempionatının finalçısı olub.

Hüseynov 2011-ci ildə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi", 2012-ci ildə isə "Əməkdar Məşqçi" adlarına layiq görülüb.

XƏBƏR LENTİ