M.Həkkinen Formula1-ə gəlməyin çətinliklərindən danışıb

Sayta qoyulub: 07:57 10.01.2018 (110 dəfə oxunub)

Formula1 üzrə ikiqat Dünya Çempionu Mika Həkkinen bildirib ki, Formula1-də yarışmaq üçün pul əsas amildir.

F-1.az xatırladır ki, son illərdə komandalar sponsorlu sürücülər axtarırlar. Ləns Stroll, Serxio Peres, Markus Eriksson, Esteban Qutyerres, Pastor Maldonado, Bruno Senna və s. özləri ilə güclü sponsor paketləri gətirən sürücülərdir.

Mika Həkkinen: “Formula1-də çıxış etmək istəyirsinizsə, bir çox şeyi bir araya gətirməlisiniz. Həm yaxşı münasibətləriniz olmalıdır, həm də çoxlu pulunuz. Dəqiq məbləğ deyə bilmərəm, amma Formula1-də yarışmağa başladığınızda milyonlar xərcləmiş olursunuz”.

XƏBƏR LENTİ