Ndlovunun Çin klubuna keçidi reallaşdı - 800 min avro

Sayta qoyulub: 19:28 09.01.2018 (209 dəfə oxunub)

Ndlovunun Çin klubuna keçidi reallaşdı - 800 min avro

 

Bir neçə saat öncə xəbər verdiyimiz kimi, “Qarabağ”ın hücumçusu Dino Ndlovu karyerasını Çində davam etdirəcək. Həftələrdi davam edən danışıqlar bu gün uğurla yekunlaşıb.

2016-cı ilin yayında «Anortosis»dən transfer olunan cənubi afrikalı legioneri artıq “Hançjou Qrintaun”un yeni üzvü saya bilərik. Asiya ölkəsinin birinci liqasında mübarizə aparan klub afrikalı forvardı tibbi baxışa dəvət edib. Transferin yaxın günləprdə açıqlanması gözlənilir.

«Kopenhagen»lə səfər matçında vurduğu qolla «Qarabağ»ın Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər yarışına – Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə vəsilə olan qaradərili ulduz “Hançjou Qrintaun”la 2+1 illik müqavilə imzalayacaq.

Bu keçiddən «Qarabağ»ın nə qədər qazandığını dəqiqləşdirib. Belə ki, ağdamlılar yayda müqaviləsi başa çatacaq hücumçuya görə Çin klubundan 800 min avro əldə edəcək.

 

Dinonun özü isə hər mövsüm yarım milyon avro əldə edəcək. CAR yığmasının üzvünün Kipr komandasından 300 min avro müqabilində transfer olunduğunu xatırladaq.

XƏBƏR LENTİ