Çili millisinin baş məşqçisi təyin edildi

Sayta qoyulub: 07:55 09.01.2018 (144 dəfə oxunub)

Çili Futbol Federasiyası Reynaldo Ruedanın baş məşqçi təyin edildiyini elan edib.

 

Kolumbiyalı mütəxəssislə 2022-ci ilə qədər müqavilə imzalanıb.Komanda 2022-ci il DÇ-nın final mərhələsinə vəsiqə qazanacağı təqdirdə sözləşmə avtomatik artırılacaq.

 

60 yaşlı Rueda bir dəfə Honduras millisini DÇ-na yüksəldib. Onun ən böyük uğuru isə Atletiko Nasyonalla 2016-cı ildə Lebrtodores kubokunun qazanılmasıdır.

 

Xatırladaq ki, Çili millisi dünya çempionatına vəsiqə əldə edə bilmədiyinə görə baş məşqçi Xuan Antonio Pissini istefaya göndərmişdi.

 

Çili millisinin baş məşqçisi təyin edildi

XƏBƏR LENTİ