"Azərreyl" sabah cavab oyununa çıxır

Sayta qoyulub: 14:35 08.01.2018 (208 dəfə oxunub)

Voleybol üzrə qadınlardan ibarət "Azərreyl" klubu avrokubokda növbəti oyununa çıxacaq. "Challenge Cup"da mübarizə aparan komandamız 1/16 finalda Rumıniyanın "Stiinta" klubuna qarşı cavab görüşünü sabah Bakıda keçiriəcək. Tərəflərin ilk qarşılaşmasında 1:3 hesabı ilə uduzan "Azərreyl" növbəti mərhələyə adlamaq üçün mütləq 3:0 və 3:1 hesabı ilə qələbə qazanmaqla oyunun taleyini "Qızıl set"ə daşımalıdır. Həlledici hissə oynanılacağı təqdirdə komandamız qalib gəlməklə adını növbəti mərhələyə yazdıra bilər. Səfərdə baş tutan ilk oyunda çətinliklə üzləşən Famil Ağayevin yetirmələri üçün cavab qarşılaşması da asan olmayacağı şübhəsizdir. Rəqib iki setdə qalib gələcəyi təqdirdə 1/8 finala yüksələcək.

  Qeyd edək ki, Voleybol Mərkəzində baş tutacaq oyun saat 18:00-da start götürəcək. Bizim üçün həlledici olan bu görüşü yunan Teodora Kuriopoulou və Bosniya və Hersoqovinadan olan Milan Nikoliç idarə edəcəklər.

 

Challenge Cup 

1/16 final, cavab oyunu

9 yanvar

   18:00 "Azərreyl" - "Stiinta"

XƏBƏR LENTİ