"Qəbələ" "Zirə"dəki futbolçusunu geri qaytardı

Sayta qoyulub: 14:36 03.01.2018 (265 dəfə oxunub)

"Qəbələ" "Zirə"dəki futbolçusunu geri qaytardı
 

Topaz Premyer Liqasında medallara iddialı komandalardan olan "Zirə" daha bir futbolçusu ilə yollarını ayırmalı olacaq. Söhbət gənc cinan müdafiəçisi Yusif Nəbiyevdən gedir.  Mövsümün əvvəlində Nəbiyevi paytaxt klubuna icarəyə verən "Qəbələ", onu qaytarmaq qərarına gəlib. "Qırmızı-qaralar" 21 yaşadək futbolçulardan ibarət milli komandamızın futbolçusunun xidmətindən mövsümün qalan hissəsində yararlanmaq niyyətindədi.  Qeyd edək ki, "Qəbələ" qış transfer dönəmində "Zirə"dən Təmkin Xəlilzadəni heyətinə cəlb edib, Tellur Mütəllimov isə paytaxt klubuna satıb.

XƏBƏR LENTİ