2017-ci ilin bilməsi vacib olan 11 statistik göstəricisi

Sayta qoyulub: 20:59 02.01.2018 (423 dəfə oxunub)

2017-ci ilin bilməsi vacib olan 11 statistik göstəricisi

 

0 zərbə. Avroliqanın Lasio-Nitsa matçında qapılara vurulan zərbələrin göstəricisi belədir. Bu Avroliqa tarixində qapıçıların bir dəfə də olsun rəqib zərbəni dəf etməyə məcbur olmadıqları fantasmaqorik qarşılaşmadır.Qeyd edək ki, görüş rəqib avtoqolu sayəsində Lasionun 1-0 hesablı qələbəsi ilə başa çatmışdı.


2 ardıcıl La liqa El Klassikosunda Zidan məğlub oldu. Hər ikisi 2017-ci ildə baş verdi (2:3, 0:3)


11 metrlik zərbələr 2017-ci ildə Avropanın 5 ən güclü çempionatlarında iştirak edən komandaların hamısının qapısına təyin edilib. Yalnız Barselonadan başqa. 


14 seyv. Arsenalla oyunda Mançester Yunaytedin qapıçısı David De Xeanın qurtarışlarının sayıdır. İPL-də statistik nəticələrin qeydə alındığı vaxtdan bəri bu rekordun təkrarıdır. Ona qədər Tim Krul və Vito Mannone də 14 dəfə rəqib zərbələrini dəf edə bilmişdi.


17 buraxılan top və 0 vurulan qol. Bi İPL tarixinin start antirekordudur. Məhz belə bir nəticəylə bu mövsüm İPL-ə Frank De Burun rəhbərlik etdiyi Kristal Pelas başlamışdı. 


21 qol.  2017/18 mövsümündə Çelsinin ispan futbolçularının  – Аspilikueta , Alonso , Fabreqas, Morata və Pedronun vurduğu qolların sayıdır.Hətta La liqada heç bir komandanın ispan futbolçuları bu qədər qol vurmayıb. Çelsiyə bu göstəriciyə görə ən yaxın komanda isə 20 qolla Real Sosyedaddır.

 

48  – Sassuolo ilə qarşılaşmada İnter futbolçuarının cinahlardan cərimə meydançasına öyürmələrinin sayıdır.  Hətta Spalettiyə də ingilissayağı primitivlik xasdır.


55 Harri Keynin il ərzində vurduğu qollarının sayıdır.  Bununla o , İngiltərədə il ərzində qolların rekordunu Şirerdən (53) aldı , 6 xet-trik etdi və Messini qabaqladı.


56 Napolinin A seriyasında səfərdə oynadığı 20 görüşdə qazanılan xallarının sayıdır.Bu isə cəmi 4 xalın itirlməsi deməkdir. Romada Napoli 12 mümkün xalın hamısını qazana bidi. Napolidən evdə xal alan komandalar isə Kyevo və Sassuolo oldu.

 

102  – Mançester Sitinin 2017-ci ildə İPL-də vurduğu qollarının sayıdır. Ona qədər rekord Mançesterin digər komandasında Ferqüssonun vaxtında 2000-ci ildə  (95) olub.


811-ci baş məşqçi kimi oyununu 2017-ci ilin sonuncu günündə Arsen Venger keçirdi. Bununla da o , ser Aleksin rekordunu yenilədi.

 

XƏBƏR LENTİ