Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Türkiyə futbolunda azarkeş sayının artımı

Sayta qoyulub: 11:44 02.01.2018 (222 dəfə oxunub)

Türkiyə futbolunda azarkeş sayının artımı

 

Bu mövsümün ilk yarısı Türkiyə superliqasında azarkeş sayının artımı ilə də yadda qalıb. İlk 17 həftə ərzində ötən mövsümün eyni hissəsi ilə müqayisədə tamaşaçı sayı orta hesabla  8  804-dən  12 639-a  yüksəlib.

 

Superliqanın ilk dövrə ərzində 9 tamaşaçısız oyunlarını çıxdıqda isə orta göstərici  13 429-a çata bilər. Xatırladaq ki, bu mövsüm Atiker Konyaspor 5, Göztepe 2, Beşiktaş və Evkur Yeni Malatyasporun hər biri isə bir oyunda cəzalı olaraq tamaşaçısız oynamaq məcburiyyətində qalıb.

 

 

Liqada bilet satışı rəqəmləri də 27 % artıb.  2016-2017 mövsümünün ilk 17 həftəsində  581 870 bilet satılırkən, bu mövsüm eyni müddətə 741 079 bilet satışı baş tutub.

 

Ən çox bu mövsüm Galatasarayın oyunlarına marağın artdığı hiss edilir.

 

Liqanın ilk dövrəsində ən çox tamaşaçı  9-cu turda Galatasaray-Fenerbahçe derbisi olub. Qolsuz nəticələnən derbini tribunalardan 49 971 azarkeş izləyib.

 

 

 

 

Bu kateqoriyada 2-ci yerdə  Galatasarayın Fatih Terimin baş məşqçi olduğu ilk oyunda Göztepe ilə qarşılaşma gedir. Həmin oyunu stadiondan 45 809 nəfər izləyib.

 

Superliqada "Dörd böyüklər" arasında Passolig kart sayını ən çox artıran komanda Trabzonspor olub.

 

Bordo-mavili klubun mövsüm öncəsi 95  256 olan kart satış rəqəmi , 17 həftə sonrasında 195 125-ə çatıb. Bu isə 105%-lik artım deməkdir.

 

Bu sıralamada ikinci sıranı 71%-lik artımla  Beşiktaş tutur. Siyah-beyazlılar  345 415 olan kart satış sayını, 592 290-a yüksəldə biliblər.

 

Ən çox kart satışına malik Galatasarayda isə yüksəliş faizi 68-ə bərabərdir. Sarı-qırmızılıların, 384 200 olan kart sayısı, 645 550-yə qalxıb.

 

Fenerbahçedə bu göstərici  409 488-dən  620 298-ə artmaqla 51% yüksəliş deməkdir.

 

Ümumilikdə superliqa  və TFF 1. Liqdə Passolig kart satış sayı 3,4 milyonu keçib.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat