Dani Sebalyos:"Gərək Barselonanı seçərdim"

Sayta qoyulub: 10:39 31.12.2017 (375 dəfə oxunub)

İspaniya mətbuatının məlumatına görə Realın 21 yaşlı futbolçusu Dani Sebalyos komandadakı vəziyyətindən narazıdır. Baş məşqçi Zinəddin Zidanla münasibətləri pozan futbolçu , «kaş ki, vaxtilə Barselonaya keçərdim» , - deyə bildirib.

 

 

Futbolçu öz narazılığını həm baş məşqçi , həm də Florentino Peresə bildirib.İspan futbolçu mövsümün yarısı ərzində yalnız 13 oyunda meydanda olub. Debüt görüşündə dubl edərək komandasının qələbəsində əsas pay sahibi olan futbolçunun tərəqqisi dayanıb.

 

 

Çox güman ki, futbolçu artıq qış transfer pəncərəsi zamanı klubunu dəyişəcək. Onunla Yuventus, Roma və digər böyük klublar aktiv şəkildə maraqlanır.

 

Dani Sebalyos:"Gərək Barselonanı seçərdim"

XƏBƏR LENTİ