Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Beynəlxalq idman ilinin yekunları

Sayta qoyulub: 09:15 29.12.2017 (123 dəfə oxunub)

FUTBOL

Hər nə qədər 2017-ci ildə milli səviyyəsində böyük futbol yarışları olmasa da, idman həvəskarları bir neçə maraqlı turnir izləməyə imkan tapdılar. Bunlardan ən birincisi elə ilin əvvəlində Qabonda təşkil olunmuşdu. 14 yanvardan 5 fevrala qədər keçirilən Afrika Millətlər kuboku turnirində Afrika qitəsini təmsil edən 16 komanda mübarizə aparmışdı. Ən maraqlı məqam kimi onu qeyd etmək olar ki, turnirin ev sahibi Qabon və yarışın son qalibi Kot Divuar seçmələri ümumiyyətlə qrup mərhələsini adlaya bilmədilər. 31-ci dəfə keçirilən turnirin qalibi isə Kamerun futbolçuları oldular. Kamerun millisi tarixində 5-ci dəfə belə uğur əldə etdi. Qələbə sayəsində onlar Konfederasiyalar kuboku turnirində çıxış etmək hüququ əldə etdilər. Misir komandası 2-ci yerlə kifayətləndi. Burkina Faso və Qana yığmaları isə müvafiq olaraq 3-cü və 4-cü yerləri tutdular. 

Futbol üzrə növbəti mötəbər turnir qonşu Rusiyada keçirilirdi. Dünya çempionatına hazırlıq xarakteri daşıyan Konfederasiyalar kuboku turnirində ənənəvi olaraq bütün qitələrin ən güclü milliləri çıxış edirdi. 

Kamerun millisi hər nə qədər öz qitəsində ən güclü olduğunu sübut etsə də, eyni uğuru Konfederasiyalar kuboku turnirində təkrarlaya bilmədi. Komanda qrup mərhələsində ümumiyyətlə qələbə qazana bilmədi və 1 xal toplayaraq sonuncu yeri tutdu. Finalda isə dünya çempionu Almaniya millisi ilə Kopa Amerikanın qalibi Çili seçməsi üz-üzə gəldi. Bundestim minimal hesabla qalib gələrək tarixində ilk dəfə konfederasiyalar kubokuna sahib oldu. 

Dünyanın milli futbol çempionatlarında isə elə də böyük sürprizlər olmadı. “Çelsi” İngiltərə çempionatında Antonio Kontenin rəhbərliyi ilə çempionluq sevinci yaşadı. İspaniyada “Real” Madrid 5 illik fasilədən sonra yenidən milli çempionatın qalibi oldu.  İtaliyada “Yuventus” öz hegemonluğunu davam etdirərək ardıcıl 6-cı dəfə “A” seriyasının qızıl medallarına yiyələndi. Eyni sözləri Almaniyada “Bavariya”ya da aid etmək olar. Münhen klubu 2013-cü ildən bəri dəyişməz çempiondur. Ən maraqlı mübarizə isə Fransa və Rusiya çempionatlarında qeydə alındı desək, yəqin ki, yanılmarıq. Belə ki, “Monako” 17 ildən sonra Fransa çempionu oldu. “Spartak” isə sonuncu dəfə 2001-ci ildə qalib olduğu premyer liqada qələbə qazandı. 

Ən nüfuzlu klub turniri hesab olunan UEFA Çempionlar liqasında isə “Real” Madrid komandası tarixi nəticə göstərdi. Uelsin paytaxtı Kardifdə paytaxt klubu ardıcıl 2-ci  il də kuboku muzeyinə apararaq yeni rekord müəyyənləşdirdi. İyunun 3-də “Millenium” stadionunda keçirilən final görüşündə “Real” futbolçuları “Yuventus” üzərində 4-1 hesabilə inamlı qələbə qazandı. Bununla da “Kral Klubu” ən nüfuzlu klub turnirində 12-ci dəfə ən güclü olduğunu sübut etdi. “Yuventus” isə son 3 mövsümdə 2-ci dəfə finalda çıxış etmək hüququ əldə etsə də, yenə də məğlubiyyətə düçar oldu. 

Arxada qalan il həm də 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının iştirakçıları müəyyənləşdi. 4 qat dünya çempionu İtaliya millisinin mundialdan kənarda qalması əsas sensiya oldu. Qrup mərhələsində ispaniyalı futbolçulardan sonra 2-ci yeri tutaraq pley-offda mübarizə aparan İtaliya yığması, bu mərhələdə İsveç komandası ilə qarşılaşdı. Skandinaviyalılar meydanlarında minimal hesabla qələbə qazandılar. İtaliyada keçirilən cavab oyununda qeydə alınan qolsuz heç-heçə isə isveçli futbolçuları növbəti mərhələyə çıxardı. Can Pyero Venturanın rəhbərlik etdiyi “Skuadra Adzurra” dünya çempionatına vəsiqə qazana bilmədi. Bundan əlavə Hollandiya yığması kimi adlı-sanlı komandanın dünya çempionatına çıxa bilməməsi də futbol həvəskarlarını məyus etdi. Dünya çempionatında mütəmadi görməyə öyrəşdiyimiz Amerika Birləşmiş Ştatları yığması da Rusiyaya yollanmayacaq. Onlar qrup mərhələsində Meksika, Kosta Rika, Panama və Honduras millilərinə uduzdular. Bu ilin noyabrında seçmə mərhələ başa çatdı və dünya çempionatında çıxış edəcək bütün komandaların adına aydınlıq gəldi. 1 dekabr tarixində isə mötəbər yarışın püşkü atıldı. Ev sahibi Rusiya komandasının “A” qrupunda Səudiyyə Ərəbistanı, Misir və Uruqvay seçmələri ilə eyni qrupda mübarizə aparacağı müəyyənləşdi. Son avropa çempionları – Portuqaliya seçməsi isə “B” qrupunda İspaniya, Mərakeş və İran yığmaları ilə yarışacaq. Son dünya çempionları  - Almaniyalı futbolçular isə Meksika, İsveç, və Cənubi Koreyalı yığmalarına qarşı mübarizə aparacaqlar. 



BASKETBOL

Basketbol aləmində isə yenə bütün diqqətlər Amerika Milli Basketbol Assosasiyasının müntəzəm çempionatına yönəlmişdi. Dünyada milyonlarla azarkeşi olan yarışın qalibi “Qolden Steyt Uoriors” oldu. Komanda son 3 ildə 2-ci çempionluğunu əldə etdi. “Qolden Steyt Uorios” basketbolçuları həlledici görüşlərdə “Boston Seltiks” üzərində 4-1 hesabilə ümumi qələbə qazanaraq titula yiyələndi. Arxada qalan ildə avropanı təmsil edən milli komandalar da bacarıqlarını nümayiş etdirmək üçün imkan etdilər. 40-cı dəfə keçirilən qitə birinciliyində 24 yığma mübarizə apardı. Avqustun 31-dən sentyabrın 17-ə kimi davam edən Avropa çempionatına 4 ölkə - Finlandiya, İsrail, Rumıniya və Türkiyə ev sahibliyi edirdi. Amma maraqlıdır ki, turnirə ev sahibliyi edən ölkələrin heç birinin komandası uğur qazana bilmədi. İsrail və Rumıniya basketbolçuları çıxış etdikləri qrupları sonuncu pillədə başa vurdular. Finlandiya və Türkiyə komandaları isə növbəti mərhələyə çıxsalar da, mübarizəni elə 1/16 finaldaca dayandırdılar. Fəxri mükafata isə Sloveniya millisi yiyələndi. Komanda qrup mərhələsində bütün görüşləri qələbəylə başa vurdu. Sloveniyalılar yarımfinalda güclü İspaniya komandasını məğlubiyyətə uğratdı. Finalda isə onlar favoritlərdən hesab olunan Serbiya yığması üzərində qələbə qazandılar.  Bununla da Sloveniya millisi tarixində ilk dəfə Avropa çempionu oldu. İspaniya yığması isə 3-cü yer uğrunda görüşdə Rusiya komandasını məğlubiyyətə uğradaraq bürünc medallara sahib oldu. 

Avropanın aparıcı klublarının mübarizə apardığı Basketbol üzrə Avroliqa yarışında da ilk reallaşdı. Belə ki, İstanbulu təmsil edən “Fənəbağça” Türkiyə basketbolu tarixində ilk dəfə qitənin ən güclü klubu oldu. 

 

VOLEYBOL

Arxada qalan ilin aprelində Türkiyə klubu “Vakıfbank” komandası klub səviyyəsində ən nüfuzlu turniri Çempionlar liqasının qalibi oldu. İstanbul klubu həm də Yaponiyada keçirilən dünya çempionatının qızıl medallarına yiyələndi. Kişi voleybolçuların yarışdığı dünya liqasında isə Fransalı idmançılar qələbə qazandılar. Avropalılar finalda Braziliya seçməsini məğlub edərək 2-ci dəfə müvafiq mükafata yiyələndilər. Kanadalı voleybolçular isə Amerika birləşmiş ştatları komandası üzərində qələbə qazanaraq 3-cü yeri tutdu. Çində keçirilən qadınların qran-pri yarışında isə Braziliyalı voleybolçular 12-ci dəfə qızıl medallara sahib oldular. İtaliya seçməsi 2-ci yeri tutdu. Serbiyalı voleybolçular isə bürünc medallara yiyələndilər. 




TENNİS

2017-ci il ənənəvi tennis turnirləri ilə də zəngin idi. Bu cür yarışlardan birincisi elə bu il yanvarın 1-i Avstraliyada keçirildi. 1 həftə davam edən Hopman kuboku turnirində 8 milli komanda mübarizə aparırdı. Finalda Fransalı tennisçilər Amerika Birləşmiş Ştatları idmançılarını məğlub edərək tarixlərində 2-ci dəfə belə bir uğur qazandılar. Mövsümün böyük dəbilqə seriyalı ilk turniri də elə Avstraliyada təşkil olunurdu. Rocer Federer bu yarışda qalib gələrək karyerasında böyük dəbilqə seriyalı 18-ci mükafatını qazandı. Qadınların yarışında isə Serena Uilyams həlledici qarşılaşmada bacısı Venusu məğlubiyyətə uğratdı. Bu qələbədən sonra Serena qadın tennisçilər arasında ən çox  titul qazanan idmançıya çevrildi. Martda isə Tennisçilər  Kaliforniyada təşkil olunan “Paribas Open” turnirində bacarıqlarını nümayiş etdirdilər. Kişilərin yarışında yenə də Rocer Federer uğur qazandı. Qadınların turnirində rusiyalı raketka ustası Yelena Vesnina fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Maraqlıdır ki, o, final görüşündə həmvətəni Svetlana Kuznetsova üzərində qələbə qazandı. Mövsümə əla başlayan isveçrəli Rocer Federerin uğurlu çıxış ilin ilk yarısında davam etməkdə idi. 36 yaşlı tennisçi mart ayında Mayamidə keçirilən turnirində də qalib gələrək fərdi titullarının sayını artırmağa davam edirdi. Qadınlar arasında isə Mayamidə təşkil olunan yarışda böyük britaniyalı Yohanna Konta 1-ci yerə çıxmışdı.  Aprel ayında isə qadağan olunan maddələrdən istifadə etdiyinə görə diskvalifikasiya olunan rusiyalı tennisçi Mariya Şarapovanın cəzası başa çatdı. 1 il yarım tennis kortlarından uzaq qalan idmançının adı artıq reytinq cədvəlində yox idi. Bu amil isə onu mötəbər yarışlarda iştirak etmək hüququndan məhrum edirdi. 30 yaşlı tennisçiyə “vayl-kart”ın təqdim olunacağı ilə bağlı yayılan xəbərlər isə idman ictimaiyyətində birmənalı qarşılanmırdı. Amma bütün çətinliklərə baxmayaraq Mariya Şarapovanın vaxtilə qazandığı böyük nailiyyətlər ona yekunda “Vayld-kart”ın verilməsinə şərait yaratdı. Rusiyalı tennisçi elə öz doğum günü ərəfəsində Ştutqartda keçirilən tennis turnirində iştirak etdi. O, ilk 3 görüşündə 1 geym belə  uduzmadan qalib gəlsə də, yarımfinalda fransalı raketka ustası Kristina Mladenoviçə məğlub olaraq mübarizəni dayandırdı. Maraqlıdır ki, Şarapovaya “Valyd-kart” verilən zaman onu ən çox tənqid edən idmançılardan biri də elə Mladenoviç idi. Yerli idmançı Laura Ziqemund isə yarışın qalibi oldu. Iyun ayında isə böyük dəbilqə seriyalı ilin 2-ci yarışı təşkil olundu. Fransada keçirilən turnirdə Rafael Nadal qələbə qazandı. Qadınlarda isə latviyalı Yelena Ostapenko hamıdan güclü oldu. İyulda keçirilən böyük dəbilqə seriyalı 3-cü yarışda – Uimbldon turnirində isə yeni rekord müəyyənləşdi. Belə ki, Rocer Federer yarışı qələbəylə başa vuraraq 8-ci dəfə müvafiq turnirin qalibi oldu. 36 yaşlı raketka ustası bu göstəriciyə görə Amerika Birləşmiş Ştatları idmançısı Pit Samprası və yerli idmançı Uilyam Renşounu qabaqladı. Xatırladaq ki, adı sadalanan hər 2 idmançı “Umbldon” turnirində 7 dəfə qələbə qazanmışdı. Qarbinye Muquruza isə qadınların yarışında qalib gələrək karyerasında 2-ci dəfə “Uimbldon” turnirinin qalibi oldu. 2017-ci ilin böyük dəbilqə seriyalı son yarışı isə Amerika Birləşmiş Ştatlarında keçirilirdi “Us Open”də isə Rafael Nadal qalib gələrək Rocer Federerlə birlikdə ili böyük dəbilqə seriyalı 2 titulla başa vurdu. Əlbəttə ki, təcrübəli tennisçilərin 2017-ci ili belə major notlarlar başa vurmalarının daha bir səbəbi var idi. İlin əvvəlindən müxtəlif zədələrdən əziyyət çəkən iddialı 2 tennisçi Novak Cokoviç və Endi Marrey bir çox mötəbər turnirdə iştirak edə bilmədi. Bu da əlbəttə ki, Həm Federer həm də Nadal üçün ön pillələrə çıxmağa yaxşı imkan yaratdı və onlar da bu imkandan yaxşı istifadə etdilər. Elə ilin yekun reytinq siyahısı da bu fikri təsdiqləyir. Rafal Nadal cədvələ başçılıq edir. Rocer Federer isə ispaniyalı tennisçidən sonra 2-ci yerdə gedir. Novak Cokoviç və Endi Marrey isə müvafiq olaraq 12-ci və 16-cı yerlərdə qərarlaşıblar. 



ATLETİKA

2017-ci ildə daha bir böyük idmançı karyerasını başa vurdu. Söhbət Useyn Boltdan gedir. Bu hadisə avqust ayına Londonda keçirilən atletika üzrə dünya çempionatına təsadüf etdi.  31 yaşlı atletin bütün titullarını sadalamaq elə də asan məsələ deyil. Amma gəlin onun ən böyük uğurlarını bir daha yada salaq. Yamaykalı idmançı 8 qat olimpiya çempionudur. O, həmçinin 11 dəfə dünya çempionu olub. İldirım ləqəbli Bolt bir çox dünya rekordunun da müəllifidir. Londonda təşkil olunan mundialda isə o, 2007-ci ildən sonra ilk dəfə mötəbər yarışda qızıl medal qazana bilmədi. 100 metr məsafəyə qaçışda o, Amerika Birləşmiş Ştatlarını təmsil edən 2 idmançıya Kristian Koulman və Castin Qetlinə məğlub oldu. Bundan sonra yamaykalı idmançı karyerasını başa vurdu. Amma həmin ərəfədə onun böyük idmandan gedişindən daha çox başqa məsələ mükazirə olunurdu. 100 metrdə qızıl medala yiyələnən Qetlinin qələbədən sonra Boltun önündə baş əyməsi idman ictimaiyyətinin diqqət mərkəzində olan ən aktual məsələ idi. Həmin an çəkilən fotoşəkil isə Boltun bütün əzəmətini və qüdrətini, ona qarşı mübarizə aparan digər idmançıların Bolta münasibətini aydın şəkildə ifadə edirdi. 

Londonda keçirilən Atetika üzrə dünya çempionatı bizi əlaqələndirən daha bir hadisə ilə yadda qaldı.  Türkiyəni təmsil edən Azərbaycan əsilli idmançı Ramil Quliyev 200 metrə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu medal  türkiyəli idmançıların Atletika üzrə mötəbər yarışlarda qazandığı ilk qızıl mükafat kimi tarixə düşdü. 

Ümumilikdə isə arxada qalan ildə atletika üzrə 20 dünya rekordu yeniləndi. Bu rekordlardan yarısının müəllifi keniyalı atletlərdir. Digər rekordlar isə ABŞ, Norveç, Efiopiya, Finlandiya, Avstraliya və Portuqaliya atletlərinə məxsusdur. 

Beynəlxalq atletika federasiyasının təltif etdiyi ilin atleti mükafatına hündürlüyə tullanma yarışlarında Qətəri təmsil edən, dünya çempionu Mutaz Bərşim layiq görüldü. Qadınlarda isə belçikalı Tiam Nafissatu analoji mükafata sahib oldu. 

 

 

FORMULA 1

Formula 1 yarışlarını da yaddan çıxarmaq olmaz. Yarışların 68-ci mövsümündə 2016-cı ilin çempionu Niko Rozberq iştirak etmirdi. Ardıcıl 3 il avtoistehsalçılar arasında ən güclü olduğunu sübut edən “Mersedes” bu ənənəni 2017-ci ildə də davam etdirdi. Komanda ardıcıl 4-cü çempionluğunu yaşadı. Lüis Hemilton isə “Mersedes”in heyətində 4-cü dəfə pilotlar arasında dünya çempionu oldu. O, gərgin mövsümün sonunda 363 xalla birinci yeri tutdu. 317 xalı olan “Ferrari” sürücüsü Sebastyan Fettel 2-ci yerlə kifayətləndi. İlk 3-lüyü isə qalibin komanda yoldaşı Valtteri Bottas tamamladı. 

 

VELOSİPED 

22 komandadan 198 atletin iştirak etdiyi velosiped idmanının ən nüfuzlu veloyarışı “Tur de Frans”da Kristofer Frum uğur qazandı.  Böyük Britaniyalı idmançı ümumən 4-cü, ardıcıl 3-cü dəfə belə bir nailiyyət əldə etdi.Qeyd edək ki, Kris Frum 2015 və 2016-cı ildən əlavə 2013-cü ildə də “Tur de Frans”da hamıdan güclü olmuşdu. 

O, eyni zamanda arxada qalan il Vuelta veloyürüşündə də bütün rəqiblərini qabaqladı. Bununla Frum 1 ildə 2 nüfuzlu yarışın qalibi kimi karyerasının ən yaxşı nəticəsini göstərdi. 

100-cü dəfə təşkil Ciro d’Italia veloyürüşündə hollandiyalı idmançı Tom Dümolin karyerasında ilk böyük qələbəsini qazandı. Buna qədər 27 yaxşı velosipedçinin çoxgünlük veloyürüşlərdə ən yaxşı nəticəsi 2015-ci ildə qeydə alınmışdı. Dümolin həmin vaxt “Vuelta” veloyürüşündə 6-cı yerə çıxmışdı.


 

Beynəlxalq idman ilinin yekunları

 

 

Əli Tağızadə

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat