R.Baun özünü Musa Peyğəmbər kimi aparır

Sayta qoyulub: 11:54 21.12.2017 (190 dəfə oxunub)

Ferrari-nin prezidenti Sercio Markionne Formula1-in idman direktoru Ross Braunu sərt tənqid edib.

F-1.az xatırladır ki, Markionne daha əvvəl bildirmişdi ki, 2021-ci ildə qaydalar istədiyi kimi olmasa, idmandan ayrılacaqlar. Lakin italiyalı prezident qeyd edib ki, Ross Braun idmanı məhv etməklə məşğuldur.

Sercio Markionne: “Çeyz Keri ilə yaxşı münasibətimiz var. 10 gün əvvəl görüşdük və açıq söhbət etdik. Ross Braunun start düzümündəki qızlarla bağlı və şassi ilə mühərriklər barədə dedikləri sözləri isə ciddiyə almadım. Braun özünü 10 Əmri oxuyan Musa Peyğəmbər kimi aparır, amma rəhbərləri deyir ki, o, ancaq öz fikirlərini bildirir. Buna görə də müzakirə aparmaq yersizdir. Bu işdən kim məsuldursa, onunla danışacam. Mətbuatı bu işə qarışdırmağın mənası yoxdur”.

XƏBƏR LENTİ