Valensiya ilə PSG transferi razılaşdırdı

Sayta qoyulub: 14:25 20.12.2017 (393 dəfə oxunub)

Valensiya PSG-nin futbolçusu Qonsalo Quedeşin hüquqlarına tam sahib çıxmaq niyyətindədir.

 

L’Équipe-in məlumatına görə klublar artıq yarımmüdafiəçinin keçidini 35 milyon avroya həll edib.

 

Hazırda portuqaliyalı futbolçu icarə əsasında Valensiyada çıxış edir. 

 

Fransa təmsilçisini də Valensiyanın təklifi razı salıb. Belə ki, maliyyə nizamnaməsini pozmamaq üçün PSG müəyyən futbolçuları satmaq məcburiyyətindədir.

 

Valensiya ilə PSG transferi razılaşdırdı

XƏBƏR LENTİ