Karate federasiyasında vitse-prezident təyinatı

Sayta qoyulub: 19:44 19.12.2017 (222 dəfə oxunub)

Karate federasiyasında vitse-prezident təyinatı

Fərid Əsgərov səsvermə nəticəsində Azərbaycan Milli Karate Federasiyasının yeni 1-ci vitse-prezidenti təyin olunub. Onu federasiyanın kollektivinə təqdim edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, AMKF-in hər zaman etimadı doğruldaraq yüksək nəticələr əldə edən federasiyalardan biri kimi dəyərləndirildiyini diqqətə çatdırıb. O, olimpiya növü olan karatedə yeni uğurlar qazanmağın vacib olduğunu və F.Əsgərovun bu təyinatının qarşıdakı yeni zəfərlərə müsbət təsir göstərəcəyinə inandığını deyib. 

Ona göstərilən etimada görə təşəkkürünü bildirən yeni 1-ci vitse-prezident Fərid Əsgərov kollektivlə uğurlu əməkdaşlığa və qarşıya qoyulan hədəflərə birgə səylə çatacaqlarına ümid etdiyini söyləyib. Karatenin inkişafına dövlət dəstəyinə görə bir daha təşəkkürünü çatdıran federasiya prezidenti Yaşar Bəşirov, qarşıdakı Olimpiya Oyunlarında böyük nəticəyə nail olmaq üçün bütün imkanları səfərbər etməyin vacibliyini bildirib. O, F.Əsgərova yeni işində uğurlar arzulayb, daha böyük nəticələr əldə etməyə inamlı olduğunu deyib.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ