"Lokomotiv"in oyununa hakim təyinatları açıqlandı

Sayta qoyulub: 08:49 19.12.2017 (210 dəfə oxunub)

Kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər dəqiqləşib. Azərbaycan çempionu “Lokomotiv”in Portuqaliyanın “Fonte Bastardo” klubu ilə görüşü italiyalı Karlo Qoitreyə həvalə edilib. Dekabrın 20-də baş tutacaq qarşılaşmada ikinci hakim funksiyası Ehsanulla Rejaeyan (Fransa) yerinə yetirəcək. Qeyd edək ki, Bakı təmsilçisi ilk qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.  

XƏBƏR LENTİ