Kaka karyerasını bitirdiyini elan etdi

Sayta qoyulub: 17:57 17.12.2017 (226 dəfə oxunub)

Məşhur braziliyalı futbolçu Kaka karyerasını bitirdiyini elan edib.

 

35 yaşlı futbolçu karyerası ərzində San Paolu, Milan ,Real və Orlando Sitinin şərəfini qoruyub..

 

Klub səviyyəsində o , Milanla İtaliya mepionatı və kuboku, çempionlar liqası, UEFA superkubokunu , Realla isə İspaniya çempionatı və kubokunu qazanıb.

 

Braziliya millisinin heyətində Kaka 2002-ci ildə dünya çempionu olub. 2005, 2009-cu illərdə Konfederasiyalar kubokunu qazanıb.

 

2007-ci ildə xavbek "Qızıl top" mükafatına layiq görülüb. Ondan sonra bu mükafatı yalnız Ronaldo və Messi qazanıblar.

 

Kaka  karyerasını bitirdiyini elan etdi

XƏBƏR LENTİ