"Səbail" 3 futbolçunu göndərir

Sayta qoyulub: 18:29 15.12.2017 (157 dəfə oxunub)

“Səbail”in qış fasiləsində yolları ayıracağı futbolçular müəyyənləşib. Bu barədə komandanın baş məşqçisi Samir Əliyev “Qəbələ” ilə kubok oyunundan sonra jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Jarskis Egdaras, Adrian Popoviçi və Renan Telles komandadan göndəriləcək.

Qeyd edək ki, daha əvvəl Amit Quluzadə də “Səbail”dən ayrılıb.

XƏBƏR LENTİ