"Kəpəz" də Türkiyəyə gedəcək

Sayta qoyulub: 12:08 15.12.2017 (117 dəfə oxunub)

Topaz Premyer Liqasında yaranan qış fasiləsi ilə əlaqədar olaraq “Kəpəz”in üzvləri istirahətə buraxılıblar. Komandanın tətil günləri gələn ilin yanvarın 4-nədək kimi davam edəcək. Sonrakı iki gün ərzində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Məşqlər də bu tarixdən başlayacaq.

Yanvarın 8-dən isə “sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcək. Ayın 13-nə kimi komanda “Dalğa Arena”da qalıb çalışmalarını da burada davam etdirəcək. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.
 
“Kəpəz”in üzvləri yanvarın 16-da istirahət edəcək. Bir gün sonra komanda Türkiyəyə gedəcək. “Kəpəz” hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nədək qardaş ölkədə olacaq. 

XƏBƏR LENTİ