Ronaldodan növbəti rekord

Sayta qoyulub: 09:17 14.12.2017 (296 dəfə oxunub)

"Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.


O, klublararası dünya çempionatı tarixinin ən yaxşı bombardiri olub. Portuqaliyalı hücumçu sözügedən turnirin yarımfinalında dünən keçirilən "Əl-Cazira"ya qarşı matçda fərqlənərək klublararası dünya çempionatında vurduğu qolların sayını 6-ya yüksəldib.


Bununla da Ronaldo Lionel Messi, Luis Suares, Sesar Delqadonu (5 qol) geridə qoyaraq ən yaxşı bombardir olub.


Qeyd edək ki, "Əl-Cazira" - "Real" matçı Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

 

Ronaldodan növbəti rekord

 

 

qol.az

XƏBƏR LENTİ