Dünya çempionatı üçün əmsallar açıqlandı

Sayta qoyulub: 14:33 13.12.2017 (190 dəfə oxunub)

Gələn il Rusiyada keçiriləcək dünya çempionatı üçün əmsallar açıqlanıb.

 

32 komandanın iştirak edəcəyi turnirdə ən aşağı şans Səudiyyə Ərəbistanına verilir. Bu komandanın çempionluğu 1000 əmsalına bərabərdir. Eyni misldə pulu Panamanın çempionluğuna qoyanlar da qazana bilərlər.

 

Ən yüksək şans isə son dünya çempionu Almaniya millisinə gösətrilir. Almanların mundialda qələbə koofisenti 5,0-ə bərabərdir. Onlardan sonrakı yerdə 5,5-lə Braziliya millisi gedir.

Fransa millisinə pul qoyanlar 6qat mükafat qazana bilərlər. İspanların qələbə əmsalı 6,5-ə bərabərdir.

 

5-ci yerdə 8,50 əmsalla Argentina , 6-cı yerdə isə 11 əmsalla Belçika milli komandasıdır.

XƏBƏR LENTİ