Realdan Pepeyə rəsmi təklif

Sayta qoyulub: 09:31 13.12.2017 (444 dəfə oxunub)

İspaniyanın Real klubu müdafiə xəttini gücləndirmək fikrindədir. Rafael Varanın zədəyə meylli olması və Serxio Ramosun tez-tez cəzalı duruma düşməsi klub rəhbərliyini bir qədər tərpədib. Məşqçilər korpusu qış transfer pəncərəsi zamanı müdafiə xəttini güxcləndirmək niyyətindədir.

 

Kral klubununm ilk hədəfi Pepe olub. Yayda Realdan Beşiktaşa gələn portuqaliyalı futbolçu üçün rəsmi təklif göndərilib. Lakin müdafiəçinin agenti Jorge Mendeş müştərisinin İstanbulda çox xoşbəxt olduğunu dilə gətirərək təklifi rədd edib. 

 

Əlavə edək ki, yayda Pepeni PSG də istəyirdi. Lakin əsas heyətdə yerinə təminat olmadığına görə Pepe Beşiktaşı seçmişdi.


Realdan Pepeyə rəsmi təklif

XƏBƏR LENTİ