Kişi voleybolçularımız Avropa Liqasında iştirak etməyəcək

Sayta qoyulub: 09:06 13.12.2017 (172 dəfə oxunub)

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında iştirak etməyəcək. Voleybol Federasiyası bu il sonuncu yeri tutan Fərid Cəlalovun yetirmələrinin yarışda iştirakını məqsədəuyğun saymayıb.

Nəticədə yeni ildə baş tutacaq yarışın Qızıl Liqasında 12, Gümüş Liqasında 8 yığma mübarizə aparacaq. Bu il yarışın mükafat məbləği də rekord həddədi - 413 min avro. Həm kişilərin, həm də qadınların yarışında çempion olacaq yığma 125 min avro qazanacaq. Artıq kişi komandaların da qrupları müəyyənləşib:

 

Qızıl Avropa Liqası

A qrupu: Belçika, Estoniya, Slovakiya, İsveç

B qrupu: Sloveniya, Hollandiya, Türkiyə, Ukrayna

C qrupu: Finlandiya, Çexiya, Portuqaliya, İspaniya

 

Gümüş Avropa Liqası

A qrupu: Makedoniya, Latviya, Avstriya, Kosovo

B qrupu: Belarus, Xorvatiya, Macarıstan, Albaniya

 

Qeyd edək ki, qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında gücünü yoxlayacaq. Komandamız Bolqarıstan, Ukrayna və Portuqaliya ilə A qrupunda oynayacaq.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ