"Zenit" yeni hücumçu aldı

Sayta qoyulub: 20:58 12.12.2017 (184 dəfə oxunub)

Rusiya Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan "Zenit" transfer fəaliyyətinə start verib. Roberto Mançininin komandası hücum xəttini gücləndirib. Sankt-Peterburq klubu "Tosno"nun hücumçusu Anton Zabolotnini transfer edib. 26 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb. "Zenit" Rusiya millisinin üzvünün keçidinə görə 1,5 milyon avro ödəyib.

XƏBƏR LENTİ