"Zirə" də Antalyaya gedir

Sayta qoyulub: 14:57 12.12.2017 (90 dəfə oxunub)

“Zirə”nin də qış fasiləsindəki hazırlıq planı məlum olub. Klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlunun verdiyi məlumata görə, komanda yanvarın 4-də Bakıda bir araya gələcək. Hazırlığın paytaxtda baş tutacaq birinci mərhələsində Zirə təmsilçisi 2 yoxlama oyunu keçirəcək. Ancaq hələlik rəqiblərin adları dəqiqləşməyib. Komanda yanvarın 21-də isə hazırlığın ikinci mərhələsi üçün Antalyaya yollanacaq. Türkiyədəki təlim-məşq dövründə 3 yoxlama matçı nəzərdə tutulub. Ancaq həmin görüşlərdəki rəqiblərin kimliyi də tam müəyyənləşməyib. “Zirə” fevralın 4-də Bakıya qayıdacaq.

XƏBƏR LENTİ