"Qəbələ"nin qış hazırlıq planı bəlli oldu

Sayta qoyulub: 12:55 12.12.2017 (104 dəfə oxunub)

Qış fasiləsinə 2-ci pillədə yollanan “Qəbələ”nin hazırlıq planı məlum olub. Klubdan verilən məlumata görə, “qırmızı-qaralar” yanvarın 5-də Antalyaya yola düşəcək. İki mərhələdən ibarət olacaq hazırlıq prosesi 1 ay davam edəcək. Komanda fevralın 4-də vətənə qayıdacaq.

Türkiyədəki 1 aylıq hazırlıq dövründə 7 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərdən ikisi artıq dəqiqləşib. “Qəbələ” yanvarın 17-də İsveçrənin “Sürix”, 24-də isə Makedoniyanın “Rabotniçki” klubları ilə qüvvəsini sınayacaq.

Yanvarın 10-da Türkiyə Superliqa təmsilçilərindən “Akhisar Bələdiyyəspor”, fevralın 3-də isə Makedoniya “Şkendiya”sı ilə oyunlar gözlənilsə də, tərəflər arasında rəsmi müqavilə imzalanmayıb. Hələlik yalnız şifahi razılıq əldə olunub.

XƏBƏR LENTİ