Kasilya Kepanın transferindən sonra Realı tərk edəcək

Sayta qoyulub: 07:59 12.12.2017 (196 dəfə oxunub)

Realın qapıçısı Kiko Kasilya qarşıdakı transfer pəncərələrindən birində klubunu tərk edəcək.

 

Madridlilər Atletikin qapıçısı Kepanı transfer etdikdən sonra Kasilyanı buraxmağa hazırdırlar. Dünən verilən məlumata görə Kepa yanvarda 25 milyona Reala keçəcək.

 

Xatırladaq ki, yayda 31 yaşlı qapıçını Nyukasl transfer etmək istəsə də , Real buna rədd cavabı vermişdi.

 

Bu mövsüm La liqanın 7 oyunundan 3-də Kasilya qapısını toxunulmaz saxlayıb.

 

 

XƏBƏR LENTİ