Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Kəpəz“ə yeni sponsor tapıldı, klub müstəqil olur

Sayta qoyulub: 07:31 12.12.2017 (135 dəfə oxunub)

"Kəpəz" yenidən əl dəyişir. Sayılı aylar qalıb, gələn ilin mayında təhvil-təslim olmalıdı. AFFA ilə Gəncə İcra Hakimiyyəti arasında.
<section class="entry" entry="3928" id="section_0" style="-webkit-tap-highlight-color: transparent; box-sizing: border-box;">

 

2015-ci ildə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin şəxsi təşəbbüsü və AFFA-nın maliyyə dəstəyi ilə Premyer Liqaya dönən qərb təmsilçisi yenilik ərəfəsindədi. Federasiyanın press-ateşesi Mikayıl Nərimanoğlunun "Kəpəz"in Müşahidə Şurasının üzvlüyündən geri çağırılmasıyla başlayan prosesin davamı gəlməkdədi: Şahin Diniyevin baş məşqçi, Samir Quliyevin komandanın rəisi postundan ayrılması hələ son demək deyil. Şurada M.Nərimanoğlunu əvəzləyən İslam Abbasov da müvəqqətidi. Ondan əvvəl təyinat almış şəxslər də. 

Yunis Hüseynovu sükan arxasına gətirən qüvvə onların hamısını «Kəpəz»dən süpürəcək. Sözün bütün mənalarında. 
İslahatların başında Elmar Vəliyev dayanır. Hansı ki, klubda audit yoxlamalarının aparılmasını şəxsən özü R.Abdullayevdən xahiş edib. İndi isə icra başçısı çox rahatdı və bir qədər də möhkəmdi. Maliyyə sənədlərinin təftişi göstərdi ki, klub çapıb-talanıb. Ancaq bunu kim edib? SOCAR-ın audit komissiyası hər şeyi incələyib, dəqiqləşdirib və əldə etdiklərini müvafiq şəxslərin stolunun üzərinə göndərib. Mətbatda bütün olanlar Nərimanoğlunun «ayağına vurulsa» da, ordakıların özünə də bəllidi ki, o, sadəcə, medalın görünən üzüdü, əsl müqəssir başqasıdı və onu kənarda yox, elə AFFA-nın dörd divarı arasında axtarmaq lazımdı.


Elmar Vəliyevi bu, artıq bir elə maraqlandırmır. İcra başçısı oğlu Elmir Vəliyevin Müşahidə Şurasının sədri olduğu «Kəpəz»lə bağlı məsələdə əsas istəyinə çatıb. Klubu öncə Gəncə futbolunun içindən çıxmış iri fiqurantlardan təmizləyən Vəliyev artıq Bakıdan göndərilmiş «emissarlar»ın da ayağını buralardan kəsib. «Otkat İslam» və başqaları ondan əvvəlkilərlə müqayisədə kifayət qədər balaca adamdı, o səlahiyyətlərə üstlənməyib. Mövsum başa çatan kimi qalanların da arxasına dəyəcəklər. 


«Kəpəz»i yeni sezondan etibarən Vəliyevlərə yaxınlıqları ilə bilinən sponsorlar maliyyə ayrılacaq. Görüş də olub, razılaşma da. Komanda sonuncu yeri tutub, reqlamentə əsasən Premyer Liqanı tərk etsə belə, bu, baş verməyəcək. Nizami yurdunun təmsilçisi I Divizion üzü görməyəcək – Abdullayevdən vəd alınıb. AFFA bu 3 ildə «Kəpəz»in büdcəsinə demək olar toxunmayıb. 1 milyon manata yaxın vəsaiti onda da verirdilər, indi də. İcra başçısı klubun federasiyadan asılılığını heçə endirəndən sonra həmin məbləğ yenə kassaya daxil olacaqmı? Buna Vəliyevlə Abdullayevin növbəti dialoqunda aydınlıq gələcək. Yaxın vaxlarda söhbət baş tutmalıdı. Çünki şəhərin bir nömrəli rəsmi şəxsi «Kəpəz»ə müstəqillik verdirmək fikrində qətidi və artıq bütün Gəncə futbolsevərlərinin qəlbini fəth edəcək addımlar artmaqdadı. Bir qrup yerli veterana mənzil hədiyyə eləyib, qazonu dəyişdirilən stadionda təmirin ikinci fazasının başlanılmasına göstəriş verib, bazada irimiqyaslı yenidənqurma tədbirlərinin görülməsini tapşırıb. 

“Kəpəz“ə yeni sponsor tapıldı, klub müstəqil olur

 

 

 

SPORTİNFO.AZ

</section>

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat